Moskvada Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqədar MDB ölkələri müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski ilə missiyada MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər qrupunun koordinatoru, Azərbaycan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov arasında görüş keçirilib.
MDB İcraiyyə Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə seçki prosesi və missiyanın işinin təşkili ilə bağlı geniş müzakirələr aparılıb.
Tərəflər missiyanın öz funksiyasını Rusiya qanunvericiliyi və dövlətin suverenliyinə hörmətlə yanaşma şəklində həyata keçirməklə hazırlıq prosesi və seçki kampaniyasının aparılmasına obyektiv qiymət verəcəyinə əmin olduqlarını bildiriblər.