Bank Of Baku

Əbülfəs Qarayev Seneqalın mədəniyyət, frankofoniya və milli dillər naziri Serin Mamadu Busso Leyeni qəbul edib – FOTO

Əbülfəs Qarayev Seneqalın mədəniyyət, frankofoniya və milli dillər naziri Serin Mamadu Busso Leyeni qəbul edib – <font color=red>FOTO </font>
# 12 noyabr 2009 11:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Konfransı Təşkilatının 40 illik yubiley tədbirləri ilə əlaqədar Bakıda olan Seneqal Respublikasının mədəniyyət, frankofoniya və milli dillər Naziri Serin Mamadu Busso Leyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə ölkələr arasında mədəni əməkdaşlığın inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Ə. Qarayev 2009-cu ildə Bakı şəhərinin islam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar gerçəkləşən çoxsaylı tədbirlərin İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrin inkişafına layiqli töhfələr verdiyini söyləyib. Nazir mədəni əməkdaşlığın inkişafı üçün konkret təkliflərini sadalayıb və həmkarını dekabrda keçiriləcək “Bakı-islam mədəniyyətinin paytaxtı-2009” Mədəniyyət İlinin qapanış mərasiminə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR