Bank Of Baku

Qudratullo Hikmətov: “Azərbaycan musiqisinin səviyyəsi çox yüksəkdir”

Qudratullo Hikmətov: “Azərbaycan musiqisinin səviyyəsi çox yüksəkdir”
# 12 noyabr 2009 11:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan musiqisinin səviyyəsi çox yüksəkdir və bu musiqinin mənə çox böyük təsiri olub. Fikrət Əmirov, Qara Qarayev, Üzeyir Hacıbəyli kimi bəstəkarlar Azərbaycan musiqisinin yüksəkliyini bütün dünyaya çatdırıblar”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Tacikistanın Bəstəkarlar İttifaqının sədri Qudratullo Hikmətov deyib. O bildirib ki, bu gün Tacikistanda Azərbaycan bəstəkarlarının əsərlərinə çox böyük dəyər verilir. Q. Hikmətov Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasına Tacikistanda çox böyük sevgi ilə yanaşıldığını və bu tamaşanın nümayişinin hər zaman böyük maraqla qarşılandığını vurğulayıb: “Azərbaycan öz mədəniyyəti, incəsənəti, musiqisi ilə bütün dünyaya səs salıb. Mən əminəm ki, bu, illər boyu belə də davam edəcək. Çünki bu cür köklü mədəniyyəti olan bir ölkədə vəziyyətin dəyişməsi mümkünsüzdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR