Bank Of Baku

Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi ilə əlaqədar beynəlxalq musiqi festivalı başlayır

Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi ilə əlaqədar beynəlxalq musiqi festivalı başlayır
# 12 noyabr 2009 11:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi ilə əlaqədar Bakıda beynəlxalq musiqi festivalı başlayır. APA-nın məlumatına görə, bu münasibətlə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə festivalda iştirak etmək üçün Bakıya təşrif buyurmuş qonaqlarla birlikdə mətbuat konfransı keçirib.

F. Əlizadə bildirib ki, ABİ-nin yaranma tarixi iyunun 30-na təsadüf edir: “Ancaq ittifaqımızın yubileyini həmin tarixdə keçirə bilmədik. Fərqi yoxdur, çünki bu il bizim üçün bayramlar və yubileylər ilidir. Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunan festivalda bir çox ölkələrin bəstəkar qurumlarının sədrləri iştirak edir”.

Festivalın təntənəli açılış mərasimi bu gün axşam Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Festival çərçivəsində “Azərbaycan bəstəkarlar məktəbi: axtarışlar və perspektivlər” mövzusunda konfrans, “Gənclər avanqardda: səslər və rənglər aləmində” mövzusunda dəyirmi masa, “Musiqi dünyası” jurnalının 10 illik yubileyinə həsr olunmuş konfrans, Firəngiz Əlizadənin “İntizar” operasının konsert ifası, Xalq Çalğı Alətləri Orkestrinin konserti, estrada mahnıları konserti və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Festival noyabrın 17-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR