Bank Of Baku

Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankı yaradılır

Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankı yaradılır
# 13 noyabr 2009 07:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankının yaradılması” haqqında əmr imzalayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin dəstəklənməsi, qorunması və tanıdılması işinin daha səmərəli təşkil olunmasıdır. İnformasiya bankı qeyri-maddi mədəni irs sahəsində fəaliyyət göstərən Azərbaycan xalq tətbiqi (təsviri, dekorativ) sənət ustaları, folklor (xalq musiqisi, teatrı, şifahi yaradıcılığı) ifaçıları və kollektivləri, folklor, sənətkarlıq, diyarşünaslıq üzrə tədqiqatçılar, qeyri-maddi mədəni irs sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və özəl qurumlar haqqında dolğun, ətraflı məlumatları və yaradıcı nailiyyətləri özündə əks etdirən xüsusi portfoliolardan ibarət olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR