Bank Of Baku

“2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq edilib

“2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq edilib
# 13 noyabr 2009 07:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq edilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası, təbliği istiqamətlərində görülən işlərin davamı olaraq, təsdiq olunan proqrama əsasən Azərbaycanın müxtəlif şəhərləri növbəti illər üçün Folklor, Sənətkarlıq, Diyarşünaslıq üzrə “Azərbaycanın Folklor Paytaxtı”, “Azərbaycanın Sənətkarlıq Paytaxtı” və “Azərbaycanın Əfsanələr Paytaxtı” elan olunacaq.
Bununla əlaqədar nəzərdə tutulmuş tədbirlər planına əsasən paytaxt seçilmiş şəhərlərdə nominasiyalarına uyğun olaraq müxtəlif mərasimlər, konfranslar, dəyirmi masalar təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR