Bank Of Baku

“Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

“Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib - <font color=red>FOTO</font>
# 13 noyabr 2009 10:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 75 illik yubileyi münasibətilə keçirilən Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Azərbaycan bəstəkarlıq məktəbindən danışıb və bu məktəbin inkişafında Azərbaycanın görkəmli bəstəkarlarının danılmaz xidmətləri olduğunu söyləyib.

Konfransda Zümrüd Dadaşzadə “Azərbaycan musiqisində avanqard texnologiyaların tətbiqinə dair”, Cahangir Səlimxanov “Yerli “yeni musiqi” və yaxud paralel avanqard”, Sevil Fərhadova “Musiqi elm və incəsənət kimi”, Rəhilə Abbasova “Müasir Azərbaycan operasının bəzi problemlərinə dair”, Kamilə Dadaşzadə “Azərbaycan musiqi eposşünaslığının problemləri müasir elmi paradiqmalar kontekstində” mövzusunda çıxışlar ediblər.

Qeyd edək ki, Beynəlxalq Musiqi Festivalı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir. Festival noyabrın 17-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR