Bank Of Baku

Londonun “Elizabet holl” konsert zalında “Bayatı-şiraz” muğamı səslənib

Londonun “Elizabet holl” konsert zalında “Bayatı-şiraz” muğamı səslənib
# 13 noyabr 2009 12:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu həftənin ilk günü Böyük Britaniyaya səfər edən bir qrup Azərbaycan musiqiçisi müxtəlif şəhərlərdə silsilə konsertlərlə çıxış edir. Azərbaycan Milli Konservatoriyasının məzunu, Beynəlxalq Muğam Müsabiqəsinin iştirakçısı Qoçaq Əsgərov APA-ya açıqlamasında İngiltərənin bir neçə şəhərində çıxış etdiklərini deyib. Ən uğurlu çıxışlardan biri Londonun “Elizabet holl” konsert məkanında gerçəkləşib. Bu salonda indiyə qədər azərbaycanlı sənətçilərdən yalnız Əzizə Mustafazadə və Alim Qasımov çıxış ediblər. Q. Əsgərov bildirib ki, böyük tamaşaçı tutumu olan konsert zalında onun ifasında “Bayatı-şiraz” muğamı dəsgah şəklində səslənib. Xanəndə eyni zamanda “Sarı gəlin”, “Qara gilə” xalq mahnılarını ifa edib. Onu tarda əməkdar artist Malik Mansurov, kamançada isə Elnur Mikayılov müşayiət ediblər. Xanəndənin çıxışından sonra səhnəyə 4 aşıq çıxıb. Musiqiçilərin ifası böyük maraqla qarşılanıb. Lakin “Elizabet holl” sarayının şərtlərinə görə konserti geniş şəkildə lentə köçürmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR