Bank Of Baku

UNESCO-nun baş qərargahında Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçiriləcək

UNESCO-nun baş qərargahında Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçiriləcək
# 13 noyabr 2009 13:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 16-dan 20-dək UNESCO-nun baş qərargahında Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, tədbirlərdə iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq edəcəyi nümayəndə heyəti Fransanın paytaxtı Paris şəhərinə yola düşəcək. Tədbirlərdə Avropanın mədəni ictimaiyyətinin, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR