Bank Of Baku

Şotlandiyalılar Müqəddəs Endryu gününü İçərişəhərdə qeyd edəcəklər

Şotlandiyalılar Müqəddəs Endryu gününü İçərişəhərdə qeyd edəcəklər
# 13 noyabr 2009 21:35 (UTC +04:00)
Bakı – APA. Noyabrın 21-də Azərbaycanın paytaxtı Bakı şəhərində şotlandlar Müqəddəs Endryu gününü qeyd edəcəklər.

APAnın məlumatına görə, Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi Şotlandiya milli musiqi ifaçıları olan zurnaçılar qrupu şənbə günü, noyabrın 21-də saat 13:00-da İçərişəhərdə çıxış edəcək və parad keçirəcəklər.

Zurnaçılar öz ifalarına Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra Endryu gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçərişəhərin küçələrindən keçəcəklər. Zurnaçıların nümayişi İçərişəhərin əsas küçələrində təxminən bir saat davam edəcək və Qız Qalasının yanında yekunlaşacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi cənab Mikayıl Cabbarov bildirib ki, bu cür tədbirlərin təşkilini dəstəkləməkdə məqsəd İçərişəhərin beynəlxalq aləmdə təbliğini daha da genişləndirməkdən ibarətdir.

Bakı Kaledoniya Cəmiyyətinin rəhbəri cənab Rod Freyzer isə deyib ki, bu il Bakı Kaledoniya Cəmiyyəti 12-ci ildönümünü qeyd edir. Kaledoniya Şotlandiyanın digər adıdır və bu cəmiyyət bütün dünyada yaşayıb çalışan şotlandların toplaşdığı çoxsaylı birliklərdən biridir. Cəmiyyət könüllüdür və Azərbaycanda xeyriyyəçilik məqsədi ilə vəsait toplamaqla məşğuldur: “12 il ərzində biz 600.000 AZN həcmində maddi vəsait toplamışıq və məcburi köçkünlər də daxil olmaqla Bakıda müxtəlif xeyriyyə müəssisələrinə paylamışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR