Bank Of Baku

Prezident təqaüdçülərinin konserti keçiriləcək

Prezident təqaüdçülərinin konserti keçiriləcək
# 17 noyabr 2009 08:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 18-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında prezident təqaüdçülərinin konserti keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki hissədən ibarət konsert proqramında prezident təqaüdçüləri Nərmin Nəcəfli, Sabir Rəsulov, Günel Sadıqova, Şəms Ağazadə, Elgün Ağazadə, Zəhra Yusifli, Yusif Bayramov, Ceyla Seyidova, Ramiz Sevdiməliyev, Tural Tağıyev, Cəmilə Qarayusifli, Nicat Məmmədov, Toğrul Hüseynli və İsrafil Rəsulovun ifasında F. Şopen, N. Rimski-Korsakov, P. Çaykovski, K. Debüssi, İ. Monti, E. Kuk, H. Rzayev A. Nesterov kimi məşhur bəstəkarların əsərləri səslənəcək. Bununla yanaşı, konsertdə tanınmış xormeyster, respublikanın əməkdar incəsənət xadimi Dilarə Əliyevanın rəhbərliyi ilə uşaq xorunun ifasında R. Hacıyevin “Bakı haqqında mahnı”, “Qoy gülüm gəlsin” xalq mahnısı və digər əsərlər ifa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR