Bank Of Baku

Azərbaycan nümayəndələri İranda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcəklər

Azərbaycan nümayəndələri İranda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcəklər
# 17 noyabr 2009 09:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun dəvəti ilə noyabrın 19-dan 23-dək İran İslam Respublikasının Məşhəd şəhərində Çap və bağlama sənəti üzrə I beynəlxalq sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, tədbirdə Azərbaycan da təmsil olunacaq. Azərbaycanın nəşriyyat və poliqrafiya müəssisələrinin nümayəndələrinin iştirakını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə nazirliyin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, mətbuat katibi İntiqam Hümbətov, “Ozan” nəşriyyatının direktoru Asif Rüstəmli, Kitabxana kollektorunun direktoru Xavər Murtuzayeva, “Kür-Araz” nəşrlər evinin baş direktoru Rəhilə Quliyeva, “Nağıl evi” nəşriyyatının direktoru Ələddin Əsədov, “Şirvannəşr” nəşriyyatının direktoru Qəşəm İsabəyli, “Kitab Klubu”nun direktoru Elxan Rzayev, “Efendi” MMC-nin müdiri, “Mədəniyyət” kataloqunun baş redaktoru Leyla Əfəndiyeva, “Mütərcim” nəşriyyatının direktoru Telman Cəfərov İrana ezam ediləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR