Bank Of Baku

Gənc balerina Nigar İbrahimova “Jizel” baletinin tamaşasında debüt edəcək

Gənc balerina Nigar İbrahimova “Jizel” baletinin tamaşasında debüt edəcək
# 17 noyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında klassik balet sənətinin ən gözəl nümunələrindən biri – Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, balet truppasının rəhbərliyi həmin tamaşada baş rolu ifa etməyi istedadlı gənc balerina Nigar İbrahimovaya etibar edib. 21 yaşlı Nigar İbrahimova beş ildən artıqdır ki, teatrda çalışır. O, Bakı Xoreoqrafiya Məktəbinin I kursunda təhsil alarkən teatra işə qəbul olunub. N. İbrahimovanın tərəf-müqabili kimi Bazil rolunda əməkdar artist, prezident mükafatçısı Gülağası Mirzəyev çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR