Bank Of Baku

Nəzakət Teymurova “Əzizinəm Qarabağ” adlı konsert verəcək

Nəzakət Teymurova “Əzizinəm Qarabağ” adlı konsert verəcək
# 17 noyabr 2009 11:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Nəzakət Teymurova dekabrın 19-da “Əzizinəm Qarabağ” adlı konsert proqramı ilə çıxış edəcək. Heydər Əliyev adına Sarayda gerçəkləşəcək ikihissəli konsertdə xanəndəni “Xarı bülbül” muğam qrupu və Qara Qarayev adına Kamera Orkestri müşayiət edəcək. “Xarı bülbül” muğam qrupunun rəhbəri Əliağa Sədiyevin APA-ya verdiyi məlumata görə, N. Teymurova birinci hissədə muğamları səsləndirəcək. İkinci hissədə isə ən qədim xalq və bəstəkar mahnıları, filmlərdən musiqilər ifa ediləcək.

Konsertin adına uyğun olaraq xalq artisti “Qarabağ şikəstəsi”ni də ifa etməyi planlaşdırıb. Birinci hissə “Xarı bülbül” qrupunun, ikinci hissə isə qrupla Kamera Orkestrinin müşayiəti ilə keçiriləcək. Orkestrə dirijorluğu xalq artisti Teymur Göyçəyev edir. İkinci hissənin proqramını bəstəkar-pianoçu Ceyhun Allahverdiyev işləyib.

Xatırladaq ki, bu, Nəzakət Teymurovanın Bakıda verdiyi sayca üçüncü konsert olacaq. Onun ilk konserti 2002-ci ildə Opera və Balet Teatrında keçirilib. İkinci konsert isə iki il sonra Azərbaycan Dövlət Filarmoniyasında baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR