Bank Of Baku

Mənsum İbrahimov və Aygün Bayramova Londonda konsert verəcəklər

Mənsum İbrahimov və Aygün Bayramova Londonda konsert verəcəklər
# 17 noyabr 2009 11:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artistləri, Dövlət Akademik Opera və Balet Teatrının solistləri Mənsum İbrahimov və Aygün Bayramova Londonda iki gün konsert verəcəklər. Bu barədə APA-ya məlumat verən Mənsum İbrahimov bildirib ki, konsertlər noyabrın 21-də və 22-də olacaq.

Xalq artistləri ilə yanaşı, konsertlərdə gənc muğam ifaçısı Elməddin İbrahimov da çıxış edəcək. İlk konsert muğam triosu ilə gerçəkləşəcək və bu konsertdə xanəndələri musiqiçilər Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcəklər. Noyabrın 22-də keçiriləcək ikinci konsertdə isə xanəndələr London Orkestrinin müşayiəti ilə oxuyacaqlar. Orkestri əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlzadə idarə edəcək.

Londonun böyük konsert zallarından birində təşkil olunacaq iki günlük proqramda Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası da səslənəcək. Konsertlərə cazmen Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik caz” qrupu da qatılacaq. Azərbaycan musiqiçilərinin Londona səfəri noyabrın 18-dən 24-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR