Bank Of Baku

Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Gənclər – avanqardda: səslər və rənglər aləmində” mövzusunda müzakirələr keçirilib

Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Gənclər – avanqardda: səslər və rənglər aləmində” mövzusunda müzakirələr keçirilib
# 17 noyabr 2009 12:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyi münasibəti ilə Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Gənclər – avanqardda: səslər və rənglər aləmində” məclisinin müzakirəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə gənc bəstəkarların əsərlərinin lent yazıları da dinlənilib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə keçirilən festivalın önəmliliyindən danışıb və gənc bəstəkarlara xüsusi diqqət yetirildiyini deyib. Qeyd edək ki, bu gün axşam Azərbaycan Dövlət Filarmoniyasında Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçiriləcək. Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə musiqilər səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR