Bank Of Baku

“40-cı qapı” Almaniyada daha iki mükafat qazanıb

“40-cı qapı” Almaniyada daha iki mükafat qazanıb
# 17 noyabr 2009 16:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “40-cı qapı” bədii filmi Almaniyada daha iki mükafat qazanıb. “Ritm production” kino şirkətinin direktoru Xaqani Həşimovun APA-ya verdiyi məlumata görə, “40-cı qapı” bədii filmi 10-15 noyabr tarixlərində Almaniyada keçirilən Beynəlxalq Cottbus Kino Festivalında 2 nominasiya üzrə mükafata layiq görülüb. Festivalda Azərbaycanın istehsal etdiyi film “The International Film Guide Inspiration Award” və “Prize of the Ecumenical Jury with a Special Mention” nominasiyaları üzrə mükafat qazanıb.

Filmin rejissoru Elçin Musaoğlu və aktyor Rövşən Ağayev Beynəlxalq Bursa Kino Festivalında iştirak etmək üçün Türkiyəyə yola düşüblər. Bu festivalda Tahir Əliyevin rejissorluğu ilə çəkilən “Səhra gülü” filmi də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR