Bank Of Baku

Bakıda III Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

Bakıda III Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək
# 18 noyabr 2009 10:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 8-14 dekabr tarixlərində Bakıda III Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək. APA-nın məlumatına görə, bu məqsədlə bu gün L. və M. Rostropoviçlərin Ev Muzeyində M. Rostropoviçin böyük qızı, Mstislav Rostropoviç Fondunun və festivalın prezidenti Olqa Rostropoviç, Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva və Mstislav Rostropoviç Fondunun nümayəndəsi Eliso Çirakadze mətbuat konfransı keçiriblər. Tədbirdə çıxış edən festivalın prezidenti Olqa Rostropoviç bildirib ki, festivalın keçirilməsində məqsəd tanınmış incəsənət xadimlərini Mstislav Rostropoviçin Vətəninə cəlb etməkdir. Festival rəhbəri qeyd edib ki, bu dəfə ki proqram çox şaxəliliyi ilə fərqlənəcək: “Festival çərçivəsində simfonik musiqi konserti, Kamera instrumental əsərləri və klassik opera nümunələri səslənəcək. Tədbirlər Azərbaycan Dövlət Filarmoniyasında və Heydər Əliyev Sarayında keçiriləcək. Mstislav Rostropiçin sevimli dostu Heydər Əliyevin ölümü günü, dekabrın 12-də da üç ildir ki, onun xatirəsinə həsr olunmuş konsertlər keçirilir. Sözsüz ki, builki festivalda da həmin gün Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş konsert təşkil olunacaq. Bu konsertdə Vaqner, Motsart və Bethovenin əsərləri səslənəcək”.
O. Rostroponiçin bildirdiyinə görə, builki festivalda ilk dəfə olaraq iki böyük orkestrin – İngilis Kamera Orkestri və Yuri Başmetin rəhbərliyi ilə Yeni Rusiya simfonik Orkestri Azərbaycana gələcək və festival çərçivəsində çıxışları olacaq.
Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva qeyd edib ki, festivalda vaxtilə Mstislav Rostropoviçin tələbələri olmuş violençel ifaçılarının da çıxışları olacaq. 7 gün davam edəcək festivalda David Qerinkas (violençel), Pinxas Çukerman (slripka), Amandı Forsayt (violençel), Filipp Kopaçevsko (fortopiano), Murad Adıgözəlzadə (fortepiano), Samir Cəfərov, Elçin Əzizov kimi musiqiçilərin çıxışları nəzərdə tutulur. Festival çərçivəsində dünya şöhrətli dirijorlar Yuri Başmet, Kristian Badea, Rauf Abdullayev, Pinxas Çukerman, Pol Uotkins, Maksim Venqerov da iştirak edəcək. F.Əliyevanın sözlərinə görə, bu festival çərçivəsində festivalın veb-saytının təqdimatının da keçirilməsi planlaşdırılır. Eyni zamanda festival çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tanınmış musiqiçilərin tələbələri üçün master-klassları, L. və M. Rostropoviçlərin ev-muzeyində gənc istedadların konsertinin və musiqiçilərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.
III Beynəlxalq Rostropoviç Festivalı Mstislav Rostropoviç Fondu, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR