Bank Of Baku

Bakıda IV “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək

Bakıda IV “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
# 18 noyabr 2009 13:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda IV “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bieannaledə ABŞ, Rusiya, Niderland, Almaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Norveç, Böyük Britaniya, Fransa, Hindistan, İtaliya, Türkiyə, Finlandiya, Gürcüstan, Litva, İsveçrə və digər ölkələrdən incəsənət xadimlərinin iştirakı gözlənilir.

11-18 dekabr tarixlərində gerçəkləşəcək tədbirdə iştirakçı ölkələrin rəssamlarının müasir incəsənət nümunələri nümayiş etdiriləcək. Tədbirlər əsasən beş məkanda - Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonu, Dövlət Rəssamlıq Akademiyasının sərgi qalereyası və Müasir İncəsənət Mərkəzində təşkil olunacaq. Biennaleyə Azərbaycandan olan rəssamlar da qatılacaq. Nazirlikdən bildirilib ki, bu tədbir ölkədə müasir incəsənət sahəsində keçirilən yeganə beynəlxalq layihədir.

Hər il olduğu kimi, bu il də biennaleyə həsr olunmuş kataloq hazırlanacaq və iştirakçı ölkələrə göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR