Bank Of Baku

Dövlət Film Fondunun yeni binasında Uşaq Kino Evinin təntənəli açılışı keçirilib

Dövlət Film Fondunun yeni binasında Uşaq Kino Evinin təntənəli açılışı keçirilib
# 19 noyabr 2009 10:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət Film Fondunun yeni binasında Uşaq Kino Bayramı keçirilib. APA-nın məlumatına görə, “Uşaq ili” çərçivəsində təşkil olunan tədbirin proqramına Heydər Əliyev Fondu ilə birgə hazırlanmış “Bir nağıl söylə mənə” cizgi filmlərinin yeni toplusunun təqdimatı, rejissor Firəngiz Qurbanovanın “Nuş olsun” cizgi filminin premyerası və Dövlət Film Fondunun nəzdində Uşaq Kino Evinin açılışı daxil edilib. Bayramda uşaq evlərinin yetirmələri, uşaq problemləri ilə məşğul olan dövlət və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbirin önəminə diqqət çəkərək uşaqlar üçün bu cür şəraitin yaradılmasını yüksək qiymətləndirib. O bildirib ki, bu gün açılan Uşaq Kino Evində cizgi filmlərinin nümayişi təşkil olunacaq.

“Nuş olsun” cizgi filminin rejissoru Firəngiz Qurbanovanın oğlu, filmin animatoru Cavid Əhədov Uşaq Kino Evinin açılışının uşaqlar üçün əsil bayrama çevrildiyini söyləyib: “Bu layihənin gerçəkləşməsi çox gözəl haldır. Əminəm ki, bundan sonra uşaqlara daha çox diqqət olacaq. Şəxsən mənim uşaqlarla bağlı çoxsaylı ideya və fikirlərim var. Ümidvaram ki, bu layihənin davamı olacaq və ideyalarımı həyata keçirməyə müvəffəq olacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR