YUNESKO-da Azərbaycan Günü çərçivəsində müxtəlif tədbirlər keçirilib
Nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Elçin Əfəndiyev isə YUNESKO-da Azərbaycan Gününün keçirilməsini ölkəmiz üçün tarixi bir hadisə olduğunu qeyd edib. . Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Azərbaycan diplomatiyası tarixinin 1918-ci ildə Şərqdə ilk demokratik hakimiyyət qurmuş Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı vaxta təsadüf etdiyini, bu dövlətin cəmi 23 ay yaşadığını, qısa bir vaxtda fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan diplomatiyasının yaranmasında xüsusi rola malik olduğunu bildirib.
YUNESKO baş direktorunun müavini Hans Orvill YUNESKO-da Azərbaycan Günü keçirilməsini qurumla Azərbaycan arasında sıx əlaqələrin olmasına dəlalət etdiyini diqqətə çatdırıb. Fransa Strateji və Diplomatik Araşdırmalar Mərkəzinin fəxri sədri, beynəlxalq məsləhətçi Jan-İv Şevalye, “Yol” jurnalının redaktoru, sənətşünas alim Lalə Kazımova, arxeologiya elmləri doktoru xanım Berti Lionnet, filologiya elmləri doktoru, Beynəlxalq Diplomatiya Akademiyasının müəllimi Şirin Melikof və AMEA-nın müxbir üzvü, kimyaçı alim, institut direktoru Elmira Ramazanova Azərbaycan qadınının ədəbiyyat və diplomatiya, incəsənət və elm sahələrindəki fəaliyyətlərindən, Şərqdə və Avropada ilk dəfə olaraq 1918-ci ildə azərbaycanlı qadınlara seçmək və seçilmək hüququnun verilməsindən söz açıblar.
Azərbaycan Günü çərçivəsində dünya şöhrətli alim, ölkəmizdə geologiya elminin inkişafında xüsusi xidmətləri olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidentlərindən biri Musa Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş simpozium da keçirilib. Baş nazirin müavini Elçin Əfəndiyev simpoziumda çıxış edərək Musa Əliyev kimi görkəmli alimin 100 illiyinin YUNESKO-da qeyd edilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını söyləyib. YUNESKO-nun baş direktorunun təbii və dəqiq elmlər üzrə müavini M. Erdelen belə bir tədbirdə iştirakın onun üçün böyük şərəf olduğunu qeyd edib. Fransanın “Total” şirkətinin təmsilçisi Katrin Qrasse neft sənayesinin inkişafında xüsusi xidmətləri olmuş Musa Əliyevin ənənələrinin bu gün də yaşadığını söyləyib və “Total” şirkətinin Azərbaycandakı fəaliyyəti barədə məlumat verib. Akademik Musa Əliyevin nəvəsi Cəmilə Paşayeva babaları - Mir Cəlal Paşayevin və Musa Əliyevin yubileylərinin YUNESKO-da qeyd edilməsindən məmnunluq hissi keçirdiyini söyləyib.
Azərbaycan Günü çərçivəsində YUNESKO-nun “Segük” sərgi salonunda dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuş sərgi isə bütün toplaşanlar tərəfindən həmin gün baş verən hadisələrin məntiqi sonlugu kimi dəyərləndirilib. Sərginin açılışında baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünya boyakarlıq sənətində Səttar Bəhlulzadənin xüsusi yeri olduğunu, ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzmiş rəssamın təbiət mənzərələrini ölməz əsərlərində əks etdirdiyini, yaratdığı tablolarda tamaşaçıya Vətənə məhəbbət hissi aşıladığını, sadə həyat tərzi keçirmiş bu insanın dünya şöhrətli əsərlər yaratdığını, mərhum dövlət başçısı Heydər Əliyevin Səttar Bəhlulzadə yaradıcılığına xüsusi önəm verdiyini bildiriblər. Dünyanın müxtəlif ölkələrindən gəlmiş tədbir iştirakçıları arasında alimlər, diaspora nümayəndələri ilə yanaşı Azərbaycanın böyük dostu, görkəmli yazıçı Oljas Süleymenov da olub. Tamaşaçılar Səttar Bəhlulzadənin bir neçə orijinal əsəri və 80-ə yaxın fotoreproduksiyasını böyük maraqla seyr ediblər. Ekspozisiyada sərgilənən əsərlərin kiçik formatda hazırlanmış fotoreproduksiyaları qonaqlara hədiyyə olunub.
Mədəniyyət siyasəti
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək
Xəbər Lenti
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılışı keçirilib
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyir
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb