Bank Of Baku

Heydər Əliyev Sarayında aşıqların konserti keçirilib – FOTOSESSİYA

Heydər Əliyev Sarayında aşıqların konserti keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 20 noyabr 2009 10:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Əsrarəngiz sazım, sözüm mənim” adlı aşıq konserti keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub dövlətin aşıq sənətinə göstərdiyi qayğı və diqqətdən razılığını bildirib. O, aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsinin bu qayğının nəticəsi olduğunu söyləyib. Xalq şairi Məmməd Aslan isə aşıq sənətinin Azərbaycan mədəniyyətinin kökü olduğunu vurğulayıb və bu kökə göstərilən qayğını yüksək qiymətləndirib.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan konsert iki hissədən ibarət olub. Konsertdə Cahangir Quliyev, Ulduz, Tərmeyxan Qurbanov, Əhliman Rəhimov, Telli Borçalı, Gülarə Azaflı, Ədalət Dəlidağlı, Altay, Zülfiyyə İbadova, Samirə Əliyev, Ramin Qarayev, Fəzail Miskinli və digər aşıqlar çıxış ediblər. Aşıqların aşıq geyimində yox, müasir kostyumda səhnəyə çıxması diqqət çəkib. Tamaşaçılar arasında millət vəkili Qənirə Paşayeva da olub.

Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə bildirib ki, aşıqların konsertinin təşkilində sarayın direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev xüsusi rol oynayıb. Mətbuat katibi bundan sonra tez-tez bu cür konsertlərin keçiriləcəyini deyib.

Qeyd edək ki, APA İnformasiya Agentliyi konsertə informasiya dəstəyi verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR