Bank Of Baku

“Dörd nəfəs” adlı orijinal tərkibli konsert keçiriləcək

“Dörd nəfəs” adlı orijinal tərkibli konsert keçiriləcək
# 23 noyabr 2009 12:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 25-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Gənc Musiqiçilər Birliyi təşəbbüs qrupunun növbəti layihəsi - Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri Kvarteti ilə birgə “Dörd nəfəs” adlı orijinal tərkibli konsert keçiriləcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə nəfəsli alətlər ifaçılığı üzrə professional təhsil almış klarnet ustaları Anar Məmmədov, Fərhad Hüseynov, Vəli Budaqov, Emin Həsənov və ifa olunacaq əsərlərin tərkibindən asılı olaraq zərb alətlərində Ucal Məmmədxan çıxış edəcək. Konsertin proqramına həm Azərbaycan, həm də əcnəbi bəstəkarların əsərlərinin dörd klarnet üçün işlənmələri daxildir. Konsertin keçirilməsində əsas məqsəd professional musiqi və ifaçılığın təbliği, akademik musiqiyə olan marağın artırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR