Londonda Azərbaycan Mədəniyyəti Günləri keçirilib
Tədbirlərin ilk günündə Azərbaycan Dövlət Rəqs Ansamblı, “Bakustick Jazz!” qrupunun, eləcə də tanınmış muğam ifaçıları, Azərbaycanın xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova və birinci televiziya muğam müsabiqəsinin qalibi Elməddin İbrahimovun iştirakı ilə qala konsert keçirilib. Qonaqlar Azərbaycanın xalq artisti Afaq Məlikovanın bədii rəhbəri olduğu Dövlət Rəqs Ansamblının ifasında Azərbaycanın milli rəqs nümunələri olan “Cəngi”, “İncəlik”, “Nəlbəki”, “İgidlər”, “Məzəli” kimi rəqslərə tamaşa ediblər. Tanınmış pianoçu və bəstəkar Salman Qəmbərovun rəhbərlik etdiyi, dünya şöhrətli saksofon ifaçısı Rain Sultanovun da yer aldığı caz qrupu isə Azərbaycan muğamı və cazın sintezindən ibarət musiqilərlə Azərbaycan musiqisinin zəngin imkanlarını musiqi həvəskarlarının diqqətinə çatdırıb.
Tədbirin ikinci günündə müasir Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələrindən olan, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun dirijorluğu ilə Londonun Orion Simfonik Orkestrinin konserti olub. Konsertdə Fikrət Əmirovun “Azərbaycan kapriççosu”, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən süitalar, Soltan Hacıbəyovun “Karvan” simfonik muğamı, maestro Niyazinin nota köçürdüyü “Qara gilə” mahnısı ilə yanaşı, ingilis musiqi sənətinin ən gözəl nümunələrindən olan Valtonun “Kraliçanın fanfarası”, “İmperiya tacı”, Vauqan Vilyamsın “Yaşıl əlcək fantaziyası” əsərləri də səsləndirilib.
Mədəniyyət günləri çərçivəsində Londonda yaşayan gənc azərbaycanlı rəssam Kəbirə Əliyevanın rəsm sərgisi də təşkil olunub.
Tədbirlərin keçirildiyi iki gün ərzində Kadoqan sarayının foyesində Azərbaycana həsr edilmiş fotosərgi də keçirilib. Sərgidə Azərbaycan təbiəti, tarixi, mədəniyyəti, adət-ənənələrini özündə əks etdirən 100-dən artıq foto nümayiş etdirilib. Foto-sərginin tarix bölümündə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotolar sərgilənib, konflikt barədə əcnəbiləri məlumatlandırmaq məqsədilə məlumat tabloları qoyulub.
Mədəniyyət günlərində iştirakçılara, həmçinin Azərbaycan yeməkləri təqdim olunub, Azərbaycan milli xalça nümunələri nümayiş etdirilib.
Mədəniyyət günləri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun ağrılı nəticələrinə dair həqiqətlərin dünyaya çatdırılması məqsədilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən ingilis dilində hazırlanmış “Dünyanın unutduğu insanlar: Qarabağ müharibəsindən görüntülər” (The People the World Forgot: Visions of the Nagorno-Karabakh Conflict) adlı kitabın təqdimatı da keçirilib. Foto-albom formatında hazırlanmış kitabın giriş hissəsində oxuculara Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri haqqında məlumat verilir. Redaktoru Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov olan bu nəşrdə münaqişə barədə foto-jurnalistika baxımından ən təsirli fotolar dərc edilib.
Mədəniyyət siyasəti
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək
Xəbər Lenti
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılışı keçirilib
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyir
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb