Bank Of Baku

Heydər Əliyev Sarayında “Bakı – İslam Mədəniyyətinin Paytaxtı -2009” mədəniyyət ilinin təntənəli bağlanış mərasimi keçiriləcək

Heydər Əliyev Sarayında “Bakı – İslam Mədəniyyətinin Paytaxtı -2009” mədəniyyət ilinin təntənəli bağlanış mərasimi keçiriləcək
# 24 noyabr 2009 15:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 18-də Heydər Əliyev Sarayında “Bakı – İslam Mədəniyyətinin Paytaxtı -2009” mədəniyyət ilinin təntənəli bağlanış mərasimi keçiriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bu tədbirdə çoxsaylı qonaqların iştirakı nəzərdə tutulur: “Bakı İslam Mədəniyyətinin Paytaxtı” ili çərçivəsində keçirilən tədbirlərə çoxlu qonaqlar qatılıb. Biz həmin qonaqlara yenə də öz qonaqpərvərliyimizi, turizm imkanlarımızı və mədəniyyət xidmətlərimizi təqdim etməyə hazırıq”. Ə. Qarayev bildirib ki, artıq təntənəli bağlanış mərasimi ilə bağlı hazırlıq işlərinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR