Bank Of Baku

Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə medalları təqdim edib– FOTOSESSİYA

Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə medalları təqdim edib– <font color=red>FOTOSESSİYA </font>
# 24 noyabr 2009 16:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Bu gün Muzey Mərkəzində bu il dövlət başçısı İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin təltif olunma mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimləri adından dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib: “Bütün təltif olunmalar Azərbaycan prezidentinin mədəniyyətə və incəsənətə qayğısından xəbər verir. Bunlar istər-istəməz incəsənət xadimlərinin daha məsuliyyətli işləməsinə zəmin yaradır. Bu gün təltif olunanlar arasında qocaman sənətkarlar olsa da, gənclər də az deyil. Bununla da yaşlı nəslə hörmətlə yanaşı yeni nəsil formalaşır”.

Mərasimdə bəstəkar Oqtay Zülfüqarov və yazıçı Natiq Rəsulzadə “Şöhrət” ordeni təqdim olunub. Bundan başqa Bilal Əliyevə xalq artisti, Manana Çaparidze, Elza Seyidcahan, Rəmiş, Zeynəb Behbudova, Təyyar Bayramov, Yaqub Zurufçu, İnarə Babayeva, Nizami Bağırov və başqaları əməkdar artist fəxri adları, Rza Abşarov əməkdar rəssam, Tərlan Babayev, Vaqif Bağırov, Elbrus Ələkbərov, Amaliya Aşurova, Firuzə İsmayılova və başqaları əməkdar mədəniyyət işçisi adları ilə təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR