Bank Of Baku

Bakıda Misirin tarixi və mədəniyyəti ilə bağlı sərgi təşkil olunub

Bakıda Misirin tarixi və mədəniyyəti ilə bağlı sərgi təşkil olunub
# 25 noyabr 2009 09:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə Misir tarixi və mədəniyyətini əks etdirən sərgi təşkil olunub. APA-nın məlumatına görə, Xəzər Universitetində təşkil olunan sərgidə qədim Misiri özündə əks etdirən heykəlciklər, fotolar, geyimlər nümayiş olunub. Sərgiyə universitetin tələbələri ilə bərabər Azərbaycanda təhsil alan misirli tələbələr də qatılıb. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı sərgidə çıxış edərək belə tədbirlərin hər bir ölkənin mədəniyyətini əyani şəkildə nümayiş etdirdiyini bildirib. Misirin yazının, elmin, tibbin meydana çıxdığı ilk ölkələrdən olduğunu deyən H. İsaxanlı bu ölkənin mədəniyyətinin dünyaya tanıdılmasının vacib olduğunu vurğulayıb.

Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adel Dərviş sərginin min illərlə tarixi olan Misir mədəniyyətinin bir nümunəsini özündə əks etdirdiyini bildirib. Azərbaycan-Misir əlaqələri barədə danışan A. Dərviş bu əlaqələrin islam kökünə söykəndiyini vurğulayıb: “Bu ölkələrin dillərində də bağlılıq var. Bu gün Azərbaycan dilində yüzlərlə ərəb sözləri işlədilir. Həmçinin musiqi və ədəbiyyatda da bağlılıqlar mövcuddur”. A. Dərviş Misirin təbliği ilə bağlı tədbirlərin davam edəcəyini və gələn həftə Azərbaycanda Misir film həftəsinin başlayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR