Bank Of Baku

Azərbaycan nümayəndə heyəti İranın Məşhəd şəhərində keçirilən çap və qablaşdırma sənəti üzrə I beynəlxalq sərgiyə qatılıb - FOTO

Azərbaycan nümayəndə heyəti İranın Məşhəd şəhərində keçirilən çap və qablaşdırma sənəti üzrə I beynəlxalq sərgiyə qatılıb - <font color=red>FOTO</font>
# 26 noyabr 2009 09:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Mədəniyyət İnstitutunun dəvəti ilə İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən çap və qablaşdırma sənəti üzrə I beynəlxalq sərgidə Azərbaycanın nəşriyyat və poliqrafiya müəssisələrinin nümayəndələri də iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, 18-24 noyabr tarixlərində Məşhəd şəhərində keçirilən sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüş və tədbirlərdə iştirak edib. O bildirib ki, sərgidə çap işi, nəşriyyat və qablaşdırma sənəti üzrə ECO-ya üzv və digər xarici ölkələrin çoxsaylı şirkət və təşkilatları iştirak edib: “Səfər zamanı İranın iki böyük nəşriyyatında görüşümüz oldu. Bizi İranın mədəniyyət nazirinin müavini də qəbul etdi. Görüşdə iki ölkə arasında mədəni və nəşriyyat işi sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparıldı”.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti üçün yaddaqalan məqamlardan biri də müqəddəs ziyarətgahların, eləcə də Tus şəhərində Əbdülqasim Firdovsinin məzarının və muzeyinin, həmçinin Nadir şahın məzarının ziyarət edilməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR