Bank Of Baku

Azərbaycanın daha 3 rəssamı Dünya Rəssamlıq Akademiyasının akademiki fəxri adına layiq görülüb

Azərbaycanın daha 3 rəssamı Dünya Rəssamlıq Akademiyasının akademiki fəxri adına layiq görülüb
# 28 noyabr 2009 10:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın üç rəssamı Dünya Rəssamlıq Akademiyasının akademiki fəxri adına layiq görülüb. Bu ada layiq görülən azərbaycanlı rəssamlar heykəltəraşlıq üzrə xalq rəssamı Xanlar Əhmədov, dekorativ-tətbiqi sənət üzrə əməkdar rəssam Ənvər Qarayev və rəngkarlıq üzrə isə əməkdar rəssam Eldar Qurbanovdur. Ə. Qarayev APA-ya bildirib ki, bu günlərdə Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda fəxri üzvlük vəsiqələrinin təntənəli təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycanın hər üç incəsənət xadiminə Dünya Rəssamlıq Akademiyasının akademiki üzvlük vəsiqəsi və diplom təqdim olunub. Ə. Qarayev mükafatların Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silov tərəfindən verildiyini söyləyib: “Dünya Rəssamlıq Akademiyası artıq beş azərbaycanlı rəssamı akademik adına layiq görüb və fəxri üzv seçib. Bizdən əvvəl bu akademiyaya Arif Əziz və Səmədağa Cəfərov üzv seçilmişdilər. Ümumilikdə akademiyada Azərbaycan rəssamlarına beş yer ayrılmışdı və biz bu sıranı tamamladıq. Təqdimat mərasimində çoxsaylı həmvətənimiz iştirak edirdi, onlar əllərində Azərbaycan bayrağı tutmuşdular. Təqdimat mərasimi olduqca yüksək səviyyədə təşkil olunmuşdu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR