Bank Of Baku

Muğama həsr olunmuş Azərbaycan-Amerika sənədli filmi daha bir festivalın qalibi olub

Muğama həsr olunmuş Azərbaycan-Amerika sənədli filmi daha bir festivalın qalibi olub
# 30 noyabr 2009 10:15 (UTC +04:00)
Filmin müəllifi və rejissoru, Montana Dövlət Universitetinin professoru və Cənubi və Şimali Qafqaz üzrə siyasi təhlilçi Tomas Qoltzun APA-nın Vaşinqton müxbirinə
verdiyi məlumata görə, bu filmə mükafat “qısametrajlı filmlər müsabiqəsi” nominasiyası üzrə təqdim olunub.

Bu nominasiya üzrə digər qaliblər isə “Özünə Sevgi”, “Zona Daxilinə”, “Sən Frenk Sinatra deyilsən”, “Kağız Yerlər”, “Torpaq Adamı” və. s filmlər olub.

Film «Qədim Şərq» musiqi qrupunun Montana ştatının şərqində yerləşən Billinqsdəki «Rocky Mountain» kollecində, ştatın cənub hissəsində yerləşən Brozemandakı Montana Dövlət Universitetinin musiqi bölməsində, Yellouston çayı sahilində yerləşən Livinqston kitabxanasında və nəhayət, amerikalı tanınmış muğam mütəxəssisi Cefri Verbokun da qatıldığı Missouldakı Montana Universitetində yekun çıxışı ilə qrupun mədəniyyətlərarası keşməkeşli yolunu təfərrüatı ilə əks etdirir.

Filmin süjeti qastrol boyunca qrupun yüzlərlə yerli sakini Azərbaycanın sirli, qeyri-ritmik, modal musiqisi olan muğamla tanış etməsi üzərində qurulub.

Bundan öncə “Sirli muğam musiqisi Montanaya gəlir” filmi Kaliforniyanın La Kolla şəhərində keçirilən “Accolade Film Festivalı Müsabiqəsi - 2009”da sənədli və qısametrajlı filmlər nominasiyası üzrə yüksək mükafata layiq görülüb. Noyabrın 14-də isə ABŞ-da keçirilən “Big Easy Film Festivals” beynəlxalq film festivalı çərçivəsində nümayiş etdirilib.

“Sirli muğam musiqisi” filminin əsas operatoru Rendi Yakobs, əlavə kadrların operatoru Yen Klark, montajçısı Montana qrupundan olan Keti Maqruderdir. Filmin icraçı prodüseri Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərovdur.
Çəkilişə xüsusi loqistik dəstək isə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan məcburi köçkün düşən və hazırda Billinqsdə yaşayan Vahid Ələkbərov tərəfindən göstərilib. Ümumilikdə, qastrol Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun köməyi ilə reallaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR