Bank Of Baku

Aşıq sənətinə həsr olunmuş kompakt diskin təqdimat mərasimi keçiriləcək

Aşıq sənətinə həsr olunmuş kompakt diskin təqdimat mərasimi keçiriləcək
# 02 dekabr 2009 10:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan aşıq sənəti və Novruz bayramının namizədlik fayllarının və aşıq sənətinə həsr olunmuş kompakt diskin təqdimat mərasimi keçiriləcək. Bu barədə APA-ya məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva deyib ki, təqdimat mərasimi dekabrın 3-də Muzey Mərkəzində baş tutacaq. Tədbirdə dövlət və hökumət nümayəndələri, AMEA-nın əməkdaşları, xarici ölkələrin fövqəladə və səlahiyyətli səfirlərinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, 2009-cu il 28 sentyabr - 02 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyası zamanı Azərbaycanın qeyri-maddi mədəni irsinin ən parlaq nümunələrindən ikisi - Azərbaycan aşıq sənəti və Novruz bayramı YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR