Bank Of Baku

“Azərbaycan və Hindistan: Müasir dövrdə əməkdaşlıq imkanları” mövzusunda konfrans keçiriləcək

“Azərbaycan və Hindistan: Müasir dövrdə əməkdaşlıq imkanları” mövzusunda konfrans keçiriləcək
# 02 dekabr 2009 12:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın Hindistandakı səfirliyi Azərbaycanda diplomatik xidmətin 90 illik yubileyi münasibətilə dekabrın 3-də bu ölkə Xarici İşlər Nazirliyi ilə birlikdə 4 sessiyadan ibarət “Azərbaycan və Hindistan: Müasir dövrdə əməkdaşlıq imkanları” mövzusunda konfrans keçirəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, konfransın ikinci sessiyası “Azərbaycan və Hindistan xalqlarının mədəniyyət, adət və ənənələrindəki oxşarlığın tarixi, mədəni-humanitar əlaqələrin perspektivləri” mövzusunda olacaq. İkitərəfli münasibətlərin hazırkı vəziyyəti, mədəniyyət, incəsənət və digər sahələrə dair fikir mübadiləsinin aparılacağı konfransda Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Y. Hüseynli də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR