Bank Of Baku

Yuğ Teatrı iki beynəlxalq festivala dəvət olunub

Yuğ Teatrı iki beynəlxalq festivala dəvət olunub
# 02 dekabr 2009 13:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu yaxınlarda təmir-bərpa işləri yekunlaşan Dövlət Yuğ Teatrı yenidən fəaliyyətə başlayacaq. Teatrın direktoru Tərlan Rəsulovun APA-ya verdiyi məlumata görə, artıq bu ilin sonuncu ayı üçün repertuar üzərində işlər başlanıb.

T. Rəsulov 2010-cu ildə keçiriləcək iki beynəlxalq teatr festivalına dəvət aldıqlarını da deyib. Bu festivallardan biri gələn ilin fevralında İranın paytaxtı Tehranda keçiriləcək “Fəcr” festivalı, ikincisi isə apreldə Türkiyənin Konya şəhərində keçiriləcək “Min nəfəs, bir səs” festivalıdır.

T. Rəsulov onu da əlavə edib ki, teatrın aktrisası Günay Səttarova Türkiyəyə, aktyor Tural Vaqifoğlu isə Polşaya 6 aylıq təcrübəyə göndərilib. Bu layihə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR