Bank Of Baku

İsfar Sarabski konsert proqramı ilə çıxış edəcək

İsfar Sarabski konsert proqramı ilə çıxış edəcək
# 02 dekabr 2009 13:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İsveçrənin Montre şəhərində keçirilən ən məşhur caz festivalının qalibi olan azərbaycanlı pianoçu İsfar Sarabski xüsusi konsert proqramı hazırlayır. “İsfar Sarabski. Klub simfoniyası” adlı konsert proqramı dekabrın 17-də Bakıdakı “Face club”da təqdim olunacaq.

“Face club”ın piar-meneceri Eldar Hüseynzadənin APA-ya verdiyi məlumata görə, bu simfoniya canlı və dj musiqisinin birləşməsi, müasir ritm və improvizasiyadır. Layihədə ən populyar dj Mansur, tanınmış musiqiçilər Ruslan Hüseynov (bas), Tofiq Cabbarov (zərb alətləri) və adları sirr saxlanılan vokalistlər iştirak edəcək. Bu konsertdə pianoçu cazmen İsfar Sarabski Cennifer Lopez, Kristina Agilera, dj Benni Benassi və digər məşhurların mahnılarını sintez edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR