Bank Of Baku

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəyli və “Arşın mal alan”a həsr olunmuş tədbir keçirilib

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəyli və “Arşın mal alan”a həsr olunmuş tədbir keçirilib
# 02 dekabr 2009 14:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli və onun ölməz əsəri “Arşın mal alan”a həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, Almaniyada keçirilmiş monotamaşalar müsabiqəsinin laureatı Nigar Həsənzadə dahi bəstəkarın yaradıcılığı barədə danışıb, onun yazdığı operaların Azərbaycan səhnələrində müxtəlif quruluşları barədə məlumat verib. Onun çıxışı bəstəkarın həyatını əks etdirən videorolik və Rəşid Behbudovun iştirakı ilə çəkilmiş “Arşin mal alan”ın ilk versiyası olan filmdən fraqmentlərlə müşayiət olunub.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rejissoru Elvin Mirzəyev “Arşin mal alan”ın müasir versiyasını təqdim edərək bildirib ki, tamaşa həm Azərbaycan, həm də rus dilində səhnələşdirilib. Teatrın aktyorları tamaşanın rus versiyasından bir neçə məqam nümayiş etdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR