Bank Of Baku

Belarus və Azərbaycan gənc tamaşaçılar teatrları birgə layihə reallaşdıracaq

Belarus və Azərbaycan gənc tamaşaçılar teatrları birgə layihə reallaşdıracaq
# 07 dekabr 2009 12:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə üzərində işə başlanıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Belarus Gənc Tamaşaçılar Teatrının baş rejissoru Natalya Başeva A. Hofmanın “Şelkunçik” əsərinə quruluş vermək üçün Bakıya dəvət olunub. Bu layihə Azərbaycan və Belarus dövlət gənc tamaşaçılar teatrları direktorlarının keçən il imzaladıqları qarşılıqlı beynəlxalq qastrol və yaradıcılıq müqavilələri əsasında gerçəkləşib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan “Şelkunçik” tamaşasında əsas rolları teatrın aparıcı aktyorları, xalq artist Yasin Qarayev, Elnur Kərimov, Günel Məmmədova, Elnur Hüseynov, Nəsibə Eldarova, Asya Atakişiyeva, Mehriban Hüseynova, Elşən Şıxəliyev, Sevinc Mehrəliyeva və başqaları ifa edəcəklər. Tamaşa 2010-cu ilin iyun ayında teatrsevərlərə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR