Bank Of Baku

Bülbül adına beynəlxalq muğam ifaçıları festivalının keçirilməsi üçün Azərbaycan prezidentinə müraciət olunub

Bülbül adına beynəlxalq muğam ifaçıları festivalının keçirilməsi üçün Azərbaycan prezidentinə müraciət olunub
# 08 dekabr 2009 16:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda Bülbül adına beynəlxalq muğam ifaçıları festivalının keçirilməsi üçün prezident İlham Əliyevə müraciət olunub. APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib. Nazir deyib ki, çox güman ki, gələn ildən başlayaraq bu festivalın keçirilməsinə start veriləcək. Onun sözlərinə görə, müsabiqə çox yüksək səviyyədə təşkil olunacaq.

Ə. Qarayev onu da deyib ki, gələn ildən Qara Qarayev adına beynəlxalq musiqi festivalının da yenidən fəaliyyətə başlaması nəzərdə tutulub. Nazir, belə beynəlxalq festivalların keçirilməsinin çox lazımlı olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR