Bank Of Baku

“Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalı ilə bağlı mətbuat konfransı keçirilib - FOTO

“Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalı ilə bağlı mətbuat konfransı keçirilib - <font color=red>FOTO</font>
# 11 dekabr 2009 10:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalı ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri, biennalın direktoru Leyla Axundzadə bu gün təntənəli açılış mərasimi keçiriləcək tədbirin dekabrın 18-dək davam edəcəyini bildirib: “Ənənəvi olaraq hər iki ildən bir təşkil olunan bu beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində müasir incəsənət sahəsində baş verən əsas prosesləri tamaşaçılara təqdim etmək və Azərbaycanda müasir incəsənət növlərinin inkişaf səviyyəsinin və bu sahədə çalışan rəssamların yaradıcılığının təbliğindən ibarətdir. Biennal artıq dördüncü dəfə təşkil olunur. Bu il təşkil olunan silsilə sərgilərdə 20 ölkədən 50-dək tanınmış müasir incəsənət ustaları, sənətşünaslar, kuratorlar iştirak edir. Bir həftə ərzində Bakı şəhərində demək olar ki, bütün sərgi salonları və qalereyalarda müxtəlif müasir incəsənət sərgiləri təşkil olunacaq”.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov isə getdikcə gizli biliklərin insanlığa daha çox məlum olduğunu söyləyib: “Alimlər - yazıçılar, astroloqlar, filosoflar, geofiziklər müxtəlif mənbələrə istinad edir, müxtəlif arqumentlər gətirərək bizim şüurumuzu təkidlə 2012-ci il tarixinə fiksasiya edir. Bu gün texniki tərəqqi sanki heç bir sərhəd tanımır”. A. İbrahimov Bakı biennalına Böyük Britaniya, Niderland, Finlandiya, Danimarka, Norveç, Fransa, ABŞ, Almaniya, İsveçrə, Sloveniya, Rusiya, Türkiyə, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Hindistan, Pakistan, Litva və Yaponiyadan 60-dan artıq iştirakçının qatıldığını açıqlayıb. Azərbaycandan isə tədbirdə 35 rəssam iştirak edir. İttifaq katibinin sözlərinə görə, biennal çərçivəsində müasir incəsənət problemlərinə həsr olunmuş “Çərçivələrdən kənar” adlı kitabın təqdimatı da keçiriləcək.

Biennalın kuratoru Dilarə Əliyeva layihədə iştirak edən rəssamları mətbuat nümayəndələrinə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR