Bank Of Baku

Azərbaycan prezidenti Bakı Xoreoqrafiya Məktəbinin bir qrup tələbə və müəlliminin təltif edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Bakı Xoreoqrafiya Məktəbinin bir qrup tələbə və müəlliminin təltif edilməsi haqqında sərəncam imzalayıb
# 14 dekabr 2009 19:39 (UTC +04:00)
Prezidentin sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan Bakı Xoreoqrafiya Məktəbinin tələbələri Ayan Eyvazova, Çinarə Quliyeva və Pərvin Nəcəfovanın adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq. Bu şəxslər həmçinin Azərbaycan prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.

Prezidentin digər sərəncamı ilə Azərbaycanda xoreoqrafiya sənətinin inkişafındakı xidmətlərinə görə Bakı Xoreoqrafiya Məktəbinin əməkdaşı Xumar Zülfüqarova «Şöhrət» ordeni, Nəzifə Əliyeva və Züleyxa Nəcəfzadə “Tərəqqi” medalı ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR