Bank Of Baku

Azərbaycan Milli Konservatoriyasında elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Milli Konservatoriyasında elmi-nəzəri konfrans keçirilib
# 15 dekabr 2009 13:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 15-də Azərbaycan Milli Konservatoriyasında elmi-nəzəri konfrans keçirilib. APA-nın məlumatına görə, Milli Konservatoriyanın “Tələbə Elmi Cəmiyyəti”nin təşəbbüsü ilə keçirilən tədbirə müəllim heyəti də qatılıb. Konfransda çıxış edən konservatoriyanın elmi işlər üzrə prorektoru professor Vaqif Əbdulqasımov tədbir iştirakçılarını salamladıqdan sonra təhsil ocağında oxuyan tələbələrə elmi nəzəri tədbirlərdə fəal iştirak etmələrini arzulayıb. Daha sonra iştirakçılar musiqişünaslardan Fəridə Babayi, Fidan Aslanova, Pərvanə Rzayeva, Fazilə Nəbiyeva, “Üzeyir Hacıbəylinin şifahi ənənəli professional musiqiyə dair fikirləri”, “S.Kəriminin yaradıcılıq rortreti” , “Puşkin mövzuları musiqidə” , “Xalqımızın toy kimi adəti var” mövzularda çıxış ediblər. Bunun ardınca bəstəkar pianoçu Pikə Axundova fortepianoda, konservatoriyanın ikinci kurs tələbəsi Üusubov Təbriz isə kamançada S. Kəriminin “Ömrümün istəyi” adlı mahnısını tədbir iştirakçılarına təqdim edib.

Konfransın sonunda Azərbaycan Milli Konservatoriyasının rektoru professor, xalq artisti Siyavuş Kərimi konfrans iştirakçılarına, onların elmi rəhbərlərinə, konfransın təşkilatçısına minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR