Bank Of Baku

Sabir Rüstəmxanlı II Uluslararası Türk Kültürü Qurultayında iştirak edib

Sabir Rüstəmxanlı II Uluslararası Türk Kültürü Qurultayında iştirak edib
# 15 dekabr 2009 21:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, VHP sədri Sabir Rüstəmxanlı Türkiyə Cümhuriyyətində səfərdə olub.

DAK mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, o, Fəthiyə şəhərində II Uluslararası Türk Kültürü Qurultayında iştirak edib. Türkdilli dövlətlərin nümayəndələrinin qatıldığı qurultay “Türk mədəniyyəti ilə dünya xalqlarının mədəni əlaqələri” mövzusuna həsr olunub. DAK həmsədri qurultayın açılış hissəsində “Türk mədəniyyətinin dünya xalqlarının mədəniyyətinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.

S.Rüstəmxanlı səfər çərçivəsində Bursa şəhərində “Yaxın tariximizdə türk-müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları pozuntuları” mövzusunda simpoziuma da qatılıb. Axısxa Türk Dərnəkləri Federasiyasının təşəbbüsü ilə baş tutan tədbirə Azərbaycandan millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa və KİV nümayəndələri qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR