Bank Of Baku

Nazir Azərbaycandan olan musiqi müəlliminin Ərdəbildə tutulmasına münasibət bildirib

Nazir Azərbaycandan olan musiqi müəlliminin Ərdəbildə tutulmasına münasibət bildirib
# 16 dekabr 2009 11:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azərbaycan vətəndaşı olan musiqi müəlliminin Ərdəbildə tutulmasından xəbərim var. Bu məsələni Azərbaycanın Xarici İşlər Nazirliyi araşdırır. Bundan artıq heç nə bilmirəm”. Bu sözləri APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin fikrincə, bu məsələ Azərbaycan-İran münasibətlərinə təsir göstərməməlidir: “Bu məsələyə iki ölkə arasında münasibətlərdən ayrı baxılmalıdır. Çünki Azərbaycanla İran arasında müxtəlif sahələr, o cümlədən mədəniyyət sahəsində qarşılıqlı əlaqələr getdikcə güclənir. Biz gələn il qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi barədə razılığa da gəlmişik. Bu məsələ aydınlaşdırılıb məntiqi nəticəsinə çatdırılmalı, iki ölkə arasında münasibətlərə təsir göstərməməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı olan musiqi müəlliminin tutulması barədə İranın rəsmi İRNA agentliyi məlumat yayıb. Məlumatda tutulan şəxsin adı və nə vaxt tutulduğu açıqlanmasa da, onun Ərdəbildə xarici ölkələrin mədəniyyətini və musiqisini yaymaqda günahlandırıldığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR