Bank Of Baku

Rəşid Behbudovun xatirəsi yad edilib

Rəşid Behbudovun xatirəsi yad edilib
# 16 dekabr 2009 12:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dövlət Mahnı Teatrında Azərbaycanın böyük sənətkarı Rəşid Behbudovun xatirəsinə həsr olunmuş gecə keçirilib. APA-nın məlumatına görə, tədbiri R. Behbudov adına Dövlət Mahnı Teatrı və Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi təşkil edib. Dahi ifaçının ad günü ilə bağlı təşkil olunmuş gecəyə Azərbaycan ictimaiyyətinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri qatılıblar.

Rusiyanın Azərbaycandakı səfirliyi və “Rossotrudniçestvo”nun adından çıxış edən nümayəndəliyin rəhbəri Ənvər Şeyxov Rəşid Behbudovun sovet mədəniyyətinə verdiyi töhfədən, sovet incəsənətini xaricdə layiqli təmsil etməsindən danışıb.

Gecənin sonunda Mahnı Teatrının solistlərinin ifasında konsert, Musiqili Komediya Teatrının aktyorlarının ifasında “Arşin mal alan” operettasından hissələr, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında musiqi nömrələri nümayiş etdirilib.

R. Behbudovun həyat yoldaşı Ceyran xanım tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR