Bank Of Baku

Bakıda Küveyt rəssamlarının sərgisi təşkil olunub - FOTO

Bakıda Küveyt rəssamlarının sərgisi təşkil olunub - <font color=red>FOTO</font>
# 17 dekabr 2009 14:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 17-də Bədii Sərgi Salonunda Bakıda bu gün start götürəcək Küveyt Mədəniyyət Günləri çərçivəsində Küveyt rəssamlarının sərgisi təşkil olunub. APA-nın məlumatına görə, sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bu cür tədbirlərin keçirilməsini təqdirəlayiq hesab edib və bu cür tədbirləri ölkələr arasında mədəni əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. Nazir müavinin sözlərinə görə, bu gün axşam Azərbaycan Dövlət Filarmoniyasında Küveyt Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi keçiriləcək və mərasim dekabrın 19-na kimi davam edəcək. Mədəniyyət Günləri çərçivəsində Küveytin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə Bakı, Suraxanı və Abşeronda müxtəlif tədbirlərinin həyata keçiriləcəyi planlaşdırılır.

Sərginin açılışında iştirak edən Küveytin Azərbaycandakı səfiri Yusuf Ğəssam Əl-Zəvavi keçirilən Mədəniyyət Günlərində Azərbaycan hökumətinin və Mədəniyyət Nazirliyinin göstərdiyi köməyə görə təşəkkürünü bildirib. Səfir Küveyt Mədəniyyət Günlərinin AZərbaycanda ilk dəfə keçirildiyini vurğulayıb.

Qeyd edək ki, sərgidə Küveytin incəsənət xadimlərinin xəttatlıq, milli tarixi və milli mənəvi dəyərləri əks etdirən şəkillər, Küveytin foto-şəkilləri, xalçalar, əl işləri nümayiş etdirilib. Tədbir iştirakçılarına Küveytin milli mətbəxindən şirniyyatlar da təklif olunub. Ümumilikdə sərgidə 100-dən artıq sənət əsəri nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR