Bank Of Baku

İSESKO-nun baş katibinin müavini Hadi Azizzadeh: “Bir il müddətində Bakıda keçirilən mədəniyyət tədbirlərini yüksək qiymətləndirirəm”

İSESKO-nun baş katibinin müavini Hadi Azizzadeh: “Bir il müddətində Bakıda keçirilən mədəniyyət tədbirlərini yüksək qiymətləndirirəm”
# 18 dekabr 2009 08:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 18-də “Bakı-İslam Mədəniyyətinin Paytaxtı -2009” İlinin bağlanışı münasibəti ilə Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarları ziyarət olunub. APA-nın məlumatına görə, ziyarətdə bu gün axşam Heydər Əliyev Sarayında keçiriləcək rəsmi bağlanış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etmiş qonaqlar, o cümlədən İSESKO-nun baş katibinin mədəniyyət məsələləri üzrə müavini Hadi Azizzadeh, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Tofiq Abdullayev və Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları iştirak ediblər.

Ziyarətdən sonra jurnalistlərə açıqlama verən İSESKO-nun baş katibinin mədəniyyət məsələləri üzrə müavini Hadi Azizadeh Bakıda bir il müddətində “İslam Mədəniyyətinin Paytaxtı” ili çərçivəsində keçirilən tədbirləri, eləcə də beynəlxalq konfrans və festivalları yüksək qiymətləndirdiyini vurğulayıb: “Ümidvaram ki, Bakıda keçirilən bu tədbirlər və bu təcrübə gələcəkdə də mədəniyyət paytaxtı elan olunan şəhərlərdə də tətbiq olunacaq, Gələn il isə Düşənbə İslam Mədəniyyətinin Paytaxtı elan olunacaq. Bir il müddətində Düşənbədə maraqlı mədəni proqramların həyata keçiriləcəyinə ümid edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR