Bank Of Baku

Türkiyəli rejissor Hicri Bozdağ Bakı haqqında film çəkməyi planlaşdırır - FOTO

Türkiyəli rejissor Hicri Bozdağ Bakı haqqında film çəkməyi planlaşdırır - <font color=red>FOTO</font>
# 18 dekabr 2009 08:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Türkiyəli rejissor Hicri Bozdağ Azərbaycan haqqında sənədli film çəkəcək. APA-nın məlumatına görə, Türkiyə filmləri həftəsində iştirak edən Hicri Bozdaq jurnalistlərə bildirib ki, türk cümhuriyyətləri, xüsusilə Azərbaycan onun üçün çox maraqlı ölkələrdir: “Buranı görüncə başımda yeni bir film ssenarisi canlandı, Azərbaycandakı yaşamla bağlı bir sənədli film çəkməyi düşünürəm”. Bakıya valeh olduğunu söyləyən rejissor deyib ki, bura gəldikdən sonra film çəkmək istəyi daha artıb. “Bakı söyləniləndən də gözəl yerdir. Çəkəcəyim filmin mövzusunu hələlik açıqlamaq istəmirəm. Ankaraya dönəndən sonra ssenari yazacağam, sonra da Bakıya qayıdıb filmi çəkəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR