Bank Of Baku

“Azərbaycan” bələdçi kitabının təqdimatı keçirilib

“Azərbaycan” bələdçi kitabının təqdimatı keçirilib
# 18 dekabr 2009 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 18-də Azərbaycan Dövlət İncəsənət Muzeyində “Bakı - islam mədəniyyətinin paytaxtı-2009” ilinə yekun vurulması ilə bağlı silsilə tədbirlər çərçivəsində “Azərbaycan” bələdçi kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitab Rusiyanın “Vokruq sveta” nəşriyyatında buraxılıb. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün “Bakı - islam mədəniyyətinin paytaxtı-2009” ilinə yekun vurulduğunu bildirib: “Bir il müddətində keçirilən çoxsaylı tədbirlərimiz yəqin hər kəsin yadındadır. Qapanışla əlaqədar keçirilən tədbirlərdə Azərbaycan turizmi ilə bağlı kitabı təqdim etməyimiz təsadüf deyil. Düşünürük ki, bu tədbirlər çərçivəsində Azərbaycana təşrif buyurmuş qonaqlar Azərbaycanın turizmi ilə də tanış olmaq imkanı əldə ediblər. Sirr deyil ki, Azərbaycan turizmi haqqında hazırlanan nəşrlər müxtəlif dünya ölkələrinə də göndərilir və bu kitabı da bir çox ölkələrə göndərməyi nəzərdə tutmuşuq. Fikrimcə, bu cür nəşrlərin hazırlanması Azərbaycana gələn qonaqların ölkəmiz haqqında ətraflı məlumat toplamasına kömək edəcək. Biz gələn il Fransa, Böyük Britaniya və Səudiyyə Ərəbistanında Azərbaycan turizminə həsr olunmuş nəşrlərin hazırlanmasını nəzərdə tuturuq. Artıq bununla bağlı həmin ölkələrin nəşriyyatları ilə danışıqlarımız da olub”.

Rusiyanın “Vokruq sveta” nəşriyyatının baş direktoru Leonid Naumov rəhbərlik etdiyi nəşriyyatın işi barədə qonaqlara məlumat verib. “Azərbaycan” bələdçi kitabının redaktoru Yuliya Şukina isə qeyd edib ki, özü Bakıda anadan olmasa da, valideynləri Bakıda doğulub və bu amil belə bir kitabın hazırlanmasında stimul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR