Bank Of Baku

Azərbaycan Dövlət İncəsənət Muzeyində Bakıya həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycan Dövlət İncəsənət Muzeyində Bakıya həsr olunmuş rəsm sərgisi açılıb
# 18 dekabr 2009 10:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət İncəsənət Muzeyində Bakıya həsr olunmuş rəsm sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi “Bakı-İslam Mədəniyyətinin Paytaxtı -2009” bağlanışı münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində keçirilir. Tədbirdə çıxış edən İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov sərgidə Azərbaycan rəssamlarının rəngkarlıq janrında əsərlərinin nümayiş etdirdiyini vurğulayıb: “Bu gün şəhərimizin ictimai və mədəni həyatında önəmli tədbirlərdən biri də keçirilməkdədir. Burada Bakının ilkin məişət ənənələri, xalqımızın müxtəlif dövrlərdə güzəranını göstərən elementlər, sənayesini göstərən əsərlər nümayiş etdirilir. Bakı incəsənət sahəsində bütün sahələrdə özünü göstərib və bu ənənə bu gündə davam etdirilir”.

Sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəssamlara Bakını olduğu kimi, gözəl şəkildə əsərlərində təqdim etdikləri üçün təşəkkürünü bildirib.
Sərgidə Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov əsərlərin Azərbaycanın dünya şöhrətli rəssamlarına məxsus olduğunu bildirib. Sərginin müəllifi Rəfael Gülməmmədli və mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevadır. İslam Konfransı Təşkilatının və İSESKO-nun xüsusi nümayəndəsi, eyni zamanda çoxsaylı qonaqlar iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR