Bank Of Baku

Əbülfəs Qarayev: ““Bakı-İslam Mədəniyyəti Paytaxtı -2009” İli başa çatdıqdan sonra Azərbaycana dünya ictimaiyyəti tərəfindən maraq daha da artacaq”

Əbülfəs Qarayev: ““Bakı-İslam Mədəniyyəti Paytaxtı -2009” İli başa çatdıqdan sonra Azərbaycana dünya ictimaiyyəti tərəfindən maraq daha da artacaq”
# 18 dekabr 2009 10:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bakıda keçirilən tədbirlər Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına böyük əsas verdi. Söhbət tədbirlərin sayından və büdcəsindən getmir. Söhbət ondan gedir ki, Azərbaycan mədəniyyəti həqiqətən bu cür diqqətə layiqdir. Bizim mədəniyyətimiz öz zənginliyi ilə Azərbaycan mövcudluğu və potensialı, Azərbaycanın qədim tarixi ənənələrini qoruyaraq müasir ölkə kimi yaşayır. İl ərzində keçirilən tədbirlər digər ölkələrdə keçirilən tədbirlərdən aşağı səviyyədə deyil”. APA-nın məlumatına görə, bu sözləri “Bakı-İslam Mədəniyyəti Paytaxtı -2009” İlinin yekunlaşması ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bu gün işini yekunlaşdıran “Bakı – İslam Mədəniyyətinin Paytaxtı” İlinin proqramını həyata keçirən İSESKO tərəfindən Azərbaycana razılıq məktubu göndərildiyini də vurğulayıb: “İSESKO bizə göndərdiyi rəyində Azərbaycanın paytaxtı Bakı şəhərində Mədəniyyət Paytaxtı tədbirlərini ən yaxşı tədbirlər kimi və ilin keçirilməsini nümunəvi bir il kimi qeyd edib. Sözsüz ki, bu hal bizi çox sevindirir və bu ili yüksək səviyyədə başa vurğumuza görə fəxr edirik. Ancaq bununla bizim fəaliyyətimiz bitmir. Biz bilirik ki, ölkəmizdə gedən iqtisadi sosial dəyişikliklər, dövlət başçısının apardığı siyasət Azərbaycanda mədəniyyətin səviyyəsini daha da artırır. Bu proses davam edəcək. Hesab edirəm ki, biz bu ili bitirsək də, Azərbaycanımızın qapısı hər zaman qonaqlarımızın üzünə açıqdır və ümid edirik ki, bu ildən sonra Azərbaycana dünya ictimaiyyəti tərəfindən maraq daha da artacaq və Azərbaycana gələn turistlərin sayında artım olacaq”.

Ə. Qarayev “İslam Mədəniyyəti Paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər Azərbaycana daha da tanınmasına xidmət etdiyini deyib. “Bakı – İslam Mədəniyyətinin Paytaxtı İli” çərçivəsində keçirilən çoxsaylı tədbirlərə 4 milyon manat vəsait xərclənib, ancaq vəsaitin həcmindən asılı olmayaraq bu, Azərbaycanın dünyada təbliğinə sərf olunub. Bu il ərzində hər kəs fədakarlıqla çalışıb. Azərbaycan mədəniyyətinin xəzinəsi heç bir maliyyə ilə ölçülmür və ölçülməməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR