Bank Of Baku

“Niyyət” bədii filminin ilk nümayişi keçirilib

“Niyyət” bədii filminin ilk nümayişi keçirilib
# 18 dekabr 2009 13:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 18-də “Azərbaycan” kinoteatrında “Bakı - islam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin qapanışı çərçivəsində rejissor Samir Kərimoğlunun “Niyyət” bədii filminin ilk nümayişi keçirilib. APA-nın məlumatına görə, nümayişdən əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev filmin Azərbaycan mədəniyyətinə və islam dünyasına həsr olunduğunu deyib. O, filmdə Azərbaycan mədəniyyətinin bütün sahələrini əks etdirməyə çalışdıqlarını bildirib: “Bu film Azərbaycanın gənc kino xadimlərinin işidir və biz bununla gənclərə dəstək olduğumuzu sübut edirik. Filmin nümayişindən sonra tamaşaçılar nazirliyin dəst-xətti və istiqamətinin düzgün olduğunu təsdiqləyəcək”.
Qeyd edək ki, “Niyyət” filminin əsas ideyası insanların haqq yolunu tapması üzərində qurulub. Əsərin qəhrəmanları Arif və Cahangir bir-birinə zidd xarakterli insanlardır. Cahangir dindar, inanclı, Arif isə yüngül həyat tərzi sürən, əyləncəni sevəndir. Lakin sonda bu ziddiyyət aradan qalxır və Arif də dinə, imana gəlir. 90 dəqiqəlik filmin çəkilişləri Bakı, Sumqayıt, Gəncə və Səudiyyə Ərəbistanın Məkkə şəhərində aparılıb. Xalq yazıçısı Rüstəm İbrahimbəyovun bədii rəhbərliyi ilə ekranlaşdırılan filmdə rolları Münəvvər Əliyeva, Fuad Əkbərov, İlkin Əliyev və başqaları ifa edir. Filmin quruluşçu rəssamı Fikrət Ələkbərov, prodüseri Xamis Muradov, operatoru Nadir Mehdiyev, bəstəkarı isə Tunar Rəhmanoğludur. Ekran əsərinin montajı və səsləndirilməsi Moskvada həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR